Bakı. Trend:
Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya
Federativ Respublikasından geri qəbul edilib.
Trend xəbər
verir ki, bu barədə Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı
arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş
çərçivəsində 25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası
vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri
qəbul edilib.

