
Bakı. Trend:
Azərbaycan və Pakistan aqrar sahədə Anlaşma Memorandumunun
imzalanması barədə razılığa gəliblər.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun
Məmmədov “X” hesabında paylaşım edib.
“Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş nazirinin
müavini xanım Məryəm Aurangzeb və Kənd təsərrüfatı və Heyvandarlıq
naziri cənab Syed Ashiq Hussain Kirmanini qəbul etməkdən məmnunluq
duydum. Görüş zamanı Pəncab əyalətinin suvarma suyu şəbəkələrinin
qurulmasında əldə etdiyi nailiyyətlər, dəqiq
kənd təsərrüfatı, balıqçılıq, kənd təsərrüfatında dəyər zəncirinin
qurulması və birgə elmi-tədqiqat işlərinin aparılması kimi
mövzuları müzakirə etdik.
Müzakirələr zamanı iki nazirlik arasında Anlaşma Memorandumunun
imzalanması, biznes subyektləri arasında əlaqələrin qurulması və
qarşılıqlı investisiya imkanlarının araşdırılmasında razılığa
gəldi”, – paylaşımda qeyd edilib.

