Azərbaycan və Estoniya XİN rəhbəri arasında təkbətək görüş başlayıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Estoniya
Respublikasının xarici işlər naziri Marqus Tsaxna arasında təkbətək
görüş başlayıb.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım
edib.

Ceyhun Bayramovun estoniyalı həmkarı ilə görüşü başlayıb.
Ardınca Azərbaycan və Estoniya xarici işlər nazirlərinin geniş
tərkibdə görüşü olub.

Müzakirələr zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi
dialoqun genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı
səfərlərin intensivləşdirilməsinə yönəlib. Gündəlikdə iqtisadi
əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya
potensialından tam şəkildə istifadə olunması, rəqəmsal
iqtisadiyyat, bərpa olunan enerji və əlaqəlilik sahələrində
tərəfdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alıb.

Nazirlər həmçinin, ötən ilin avqustunda keçirilmiş tarixi
Vaşinqton Sammitini və onun əlamətdar nəticələrini vurğulayan
Azərbaycan və Ermənistan arasında daha geniş regional vəziyyəti,
münaqişədən sonrakı normallaşma və sülh prosesini müzakirə
ediblər.

xxx

12:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın
xarici işlər naziri Marqus Tsaxnanı qarşılayıb.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə
hesabında paylaşım edilib.

Xəbər yenilənəcək