
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan 56,8 milyon ABŞ dolları dəyərində mis
filizləri və konsentratları ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 54,7 milyon
ABŞ dolları və ya 27 dəfə çoxdur.
Belə ki, 2024-cü ildə Azərbaycandan 2,1 milyon ABŞ dolları
dəyərində mis filizləri və konsentratları ixrac edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu
dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ
dollarına bərabər olub.

