Azərbaycan millisinin baş məşqçisi: “Mənim üçün şəxsi təcrübə çox önəmlidir”

Baş səhifə

Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyubov üçün şəxsi təcrübə çox önəmlidir.

“Report” xəbər verir ki, Mənmütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis təlim-məşq toplanışı haqqında fikirlərini bildirib:

“Bizim üçün çox önəmli bir toplanışdır və yaxşı fürsət yarandı oyunçularla daha da yaxından tanış olmaq üçün. Çoxunu izləyirdik, amma şəxsi təcrübə fərqli olur”.

Baş məşqçi xarici klublardan gələn futbolçuları çoxdan işlədiklərini bildirib:

Onları çoxdan izləyirik və bütün statistika baxımından, analitika, həmçinin fitnes baxımından bütün rəqəmlər var bizdə. Yenə də şəxsi təcrübə çox vacibdir bizim üçün, yaxından bu oyunçulara baxmaq gərəkdir. Oyunçuların səviyyəsindən bizim şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq. Elias U-19 liqasında oynayır, bəzən U-21-ə cəlb olunur. Raul indi başlayıb artıq U-17 liqasında iştirak etməyə. Axırıncı oyunlarından razı qaldıq və düşündük ki, bu toplanış üçün yaxşı bir fürsətdir oyunçuları çağırmaq və onları meydançada görmək”.

O, heyətdəki dəyişikliklərdən danışıb:

“Bizdə bir dəyişiklik olub – Emin Rüstəmovun dəyişikliyi olub. Düşündük ki, indiki halda klubunda qalması oyunçuya da, bizə də daha da önəmlidir”.

O, komandanın fəlsəfəsinə öz yanaşmasının olduğunu söyləyib:

“Yenə də bu belə bir sualdır ki, mən lap istəsəm də kiminsə sistemini köçürmək çətin bir işdir mənim üçün. Çünki Ayxan müəllimin beynində oyunu necə görürdü, mən onu heç vaxt görə bilmərəm. Hər bir məşqçi fərqlidir. Əsas məqsədimiz odur ki, oyunçuların müsbət xüsusiyyətlərindən meydançada maksimum effektiv dərəcədə istifadə edək. Sistem belədir ki, 4-4-2 ola bilər, 5-4-1 ola bilər, bu çox da önəmli deyil. Əsas prinsiplərdir və oyunçuların keyfiyyətidir”.

R.Eyubov Qara Qarayevin U-21-ə təyinatına münasibət bildirib:

“İlk növbədə Qaranı təbrik eləmək istəyirəm çox yaxşı karyerası olub. Cəmi 3-4 nəfər belə karyeraya malik oyunçularımız var ölkədə. İnanıram ki, Qara Qarayev həm məşqçi kimi, həm insan kimi bizə uğur gətirəcək”.

Qeyd edək ki, U-21 yanvarın 17-dək Bakıda hazırlıq keçəcək.