Azərbaycan millisinin Avropa çempionatında keçirəcəyi oyunlarının təqvimi bəlli olub

Baş səhifə
Azərbaycan millisinin Avropa çempionatında keçirəcəyi oyunlarının təqvimi bəlli olub

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi bəlli olub.

“Report” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda ilk görüşünü oktyabrın 24-də Uels yığmasına qarşı keçirəcək.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv oktyabrın 27-də Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda qrupda sonuncu görüşünü oktyabrın 30-da Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, qrupun bütün oyunları Moldovada keçiriləcək. Qarşılaşmaları Litvadan olan hakimlər idarə edəcək.