
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kanadanın
xarici işlər nazirinin parlament katibi Robert Olifant ilə
görüşüb.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”
sosial şəbəkəsində yazıb.
Məlumata əsasən, görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurası
çərçivəsində olubş
Görüşdə ikitərəfli əməkdaşlıq, regional proseslər və ATƏT
çərçivəsində ortaq prioritetlər müzakirə olunub.

