Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.

“Lənkəran” evdə “Quba”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 20:00-da isə “Naxçıvan” və “Sərhədçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

“Naxçıvan” B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. “Lənkəran” 11 xalla üçüncü, eyni xala malik “Quba” dördüncü, “Sərhədçi” 10 xalla beşincidir.

Qeyd edək ki, IX tura dekabrın 14-də yekun vurulacaq.