
Bakı. Trend:
Avropa İttifaqı Avropanı regiona yaxınlaşdıran marşrutların
bərpası, müasirləşdirilməsi və reabilitasiyasında Azərbaycan
hökuməti ilə əməkdaşlığa hazırdır.
Bunu Trend-ə
Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrda
Azərbaycana səfərindən sonra özəl müsahibəsində deyib.
“Bizim strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropa
əməkdaşlığı ona görə uğurlu oldu ki, biz əvvəllər tarixi düşmən
olan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələr
üzərində işləməyə başladıq. Nəqliyyat və logistika həm də
Azərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu ilə
əlaqələrin təməli ola bilər. Hər iki sektor həm biznes, həm də
vətəndaşlar üçün böyük siyasi əhəmiyyətə malik əsas iqtisadi
sahələrdir. Əminəm ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycan
ilə Avropa arasında münasibətləri yeni müsbət müstəviyə çıxara
bilər”, – deyə o bildirib.

