Avropa çempionatı: Azərbayan cüdoçusu Zelim Tçkayev bürunc medal uğrunda görüşə çıxacaq

Baş səhifə
Avropa çempionatı: Azərbayan cüdoçusu Zelim Tçkayev bürunc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinal görüşündə məğlub olub.

“Report”un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı finala gedən yolda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.

Bununla da təmsilçimiz bürünc medal qazanmaq şansını əlində saxlayıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.