Bakı. Trend:
Atəşkəs elan ediləndən bəri İran ordusu heç bir ölkəyə və ya
digər ölkələrin ərazisində yerləşən hədəflərə raket zərbələri
endirməyib.
Trend-in
məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) açıqlamasında bildirib.
“İslam Respublikasının silahlı qüvvələri atəşkəs dövründə heç
bir ölkəyə raket atmayıb və ya pilotsuz təyyarələrlə hücum
etməyib”, – deyə bildirilib. SEPAH qeyd edib ki, “İran ordusu hər
hansı bir hədəfi vurarsa, bunu rəsmi olaraq elan edəcək”.
Bildirilib ki, bu cür bəyanatlarda qeyd olunmayan hər hansı
digər hərəkətlərin “İranla heç bir əlaqəsi yoxdur”.

