Almaniya klubunda ilk qadın baş məşqçi təyinatı reallaşdı

Baş səhifə

Bakı. Trend:

“Union Berlin”in yeni baş məşqçisi bəlli olub.

Trend xəbər verir ki, paytaxt
klubuna Mari-Luzie Eta rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Mari-Luzie Bundesliqa tarixində ilk qadın baş məşqçi kimi də
tarixə keçib.

“Union Berlin” 29 turdan sonra 32 xalla Bundesliqada 11-ci
pillədədir.