Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti
açıqlanıb.

Bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasından
bildirilib.

Qeyd olunub ki, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba
kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il
təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40
radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım
şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası
diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra
olunur, vəziyyəti stabildir.

XXX




14:45

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində
2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
məlumat yayıb.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən
qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov
Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada
əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan
şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
Vəziyyəti qənaətbəxşdir.