
Bakı. Trend:
Son üç həftə ərzində ABŞ ordusu Hörmüz boğazından keçən təxminən
70 gəmiyə dəstək göstərib.
Trend-in
məlumatına görə, bu barədə “The New York Times” qəzeti adları
açıqlanmayan ABŞ administrasiyası rəsmilərinə istinadla məlumat
yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri
sözügedən gəmilərə yardım edib. Bildirilir ki, gəmilərin
əksəriyyəti boğazdan keçərkən transponderlərini söndürüb.
ABŞ rəsmiləri dəstək göstərilən gəmilərin növləri barədə əlavə
məlumat verməyiblər.

