ABŞ Senatı Markueyn Mallinin daxili təhlükəsizlik naziri təyin olunmasını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin Senatı Markueyn Mallinin ölkənin yeni daxili
təhlükəsizlik naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

Trend-in
məlumatına görə, Senatda keçirilən səsvermənin birbaşa yayımı “C-SPAN” telekanalı vasitəsilə təqdim olunub.

Səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54
senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün
sadə səs çoxluğu kifayət edib.




ABŞ Prezidenti Donald Tramp martın 5-də Mallinin namizədliyini
irəli sürmüşdü. O, Kristi Noemi daxili təhlükəsizlik naziri
vəzifəsindən azad edib.

48 yaşlı Markueyn Mallin Oklahoma ştatını təmsil edən
senatordur. O, çeroki qəbiləsinə mənsubdur və prezident kabinetində
yerli xalqları təmsil edən ikinci üzv olacaq.