ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında yerləşdirilmiş azı 10
dəniz minası aşkar edib.

Trend-in
məlumatına görə, bu barədə “CBS News” telekanalı vəziyyətlə tanış
olan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.




Telekanalın qeyd etdiyi kimi, son məlumatlarda yer alan
minaların dəqiq növləri açıqlanmayıb.

Mart ayında “CBS News” ABŞ kəşfiyyatının Hörmüz boğazında ən azı
12 sualtı minanın olduğunu ehtimal etdiyini bildirmişdi. Həmin vaxt
rəsmilər İranın boğazda istifadə etdiyi minaların yerli istehsal
olan “Maham 3” və “Maham 7” tipli minalar olduğunu qeyd
etmişdilər.