ABŞ fond bazarı 6 trilyon dollar itirib – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin fond bazarında səhmlərin
ümumi dəyərinin 6 trilyon dollardan çox azalmasını Demokratların
ara seçkilərdə qələbəsi ilə əlaqələndirib.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında
bildirib.

O, noyabrın 3-də keçirilən seçkilərdən sonra bazarın 6 trilyon
dollardan çox dəyər itirdiyini, “Nasdaq” indeksinin isə 20 faiz
gerilədiyini iddia edib.




Tramp bazardakı enişə görə Demokratları günahlandırıb və onların
iqtisadi siyasətini tənqid edib.

Qeyd edək ki, ara seçkilərin nəticələrinə əsasən, Demokratlar
Konqresin hər iki palatasında çoxluğu əldə ediblər. Yeni Konqresin
səlahiyyət müddəti 2027-ci ilin yanvarında başlayacaq.