Bəzi ərazilərdə 37 dərəcə isti olacaq – Sabahın HAVA PROQNOZU

Cəmiyyət


Ölkə ərazisində iyunun 27-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23, gündüz 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 753 mm civə sütunu – təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir