Gəncə-Şəmkir avtomobil yolunda subasmadan sonra hərəkət bərpa edilib – FOTO/VİDEO

Cəmiyyət


Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir