
Bakı. Trend:
Xalq artisti Elmira Şabanova ilə noyabrın 26-da Bakının Təzəpir
məscidində vida mərasimi keçirilib.
Trend-in
məlumatına görə, mərasimdə mədəniyyət nazirinin müavini Murad
Hüseynov, “Azərbaycanfilm” kinostudiyasının və “İctimai
Televiziya”nın keçmiş direktoru Cəmil Quliyev, Azərbaycan
Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov və
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ayaz Salayev
iştirak ediblər. Mərasimə aktrisanın ailə üzvləri, yaxınları,
həmkarları və mədəniyyət xadimləri də qatılıblar.
Elmira Şabanova noyabrın 25-də 86 yaşında vəfat edib. Vida
mərasimindən sonra sənətkarı həyat yoldaşı, rejissor Rüfət
Şabanovun yanında, Yasamal qəbiristanlığında dəfn olunacağı
bildirilib.

