Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci
Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan
edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il
oktyabrın 11-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda davam
etdirib. Şəhərin mərkəzində yerləşən Qurtuluş meydanında
Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya
açılıb.

Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş
azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır
nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb.




“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ
Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi
“Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər”
qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.