
Bakı. Trend:
PSJ-nin hücumçusu Ferran Torres Fransa Liqa 1-də sentyabr ayının
ən yaxşı futbolçusu seçilib.
Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı ispaniyalı futbolçu sentyabrda Fransa çempionatında üç
matça çıxıb və iki qol vurub.
Qeyd edək ki, Ferran Torres yay transfer pəncərəsində
“Barselona”dan PSJ-yə keçib. Paris klubu hücumçunun transferi üçün
48,5 milyon avro (97 milyon manat) ödəyib.

