Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir

Baş səhifə

Bakı. Trend:

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet
alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə
hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya
qaydaları tətbiq edir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY)
məlumat yayıb.

Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY
Mobile” tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə
verifikasiya etməlidirlər. FİN kod daxil edildikdən sonra zəruri
məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın
tamamlanması mütləqdir.




Xarici ölkə vətəndaşları isə verifikasiya üçün
vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək
OTP kod vasitəsilə təsdiqləməlidirlər.

“ADY Mobile” tətbiqində verifikasiyadan keçmək üçün
saat 00:00-dan sonra tətbiqi yeniləmək lazımdır.