
Bakı.Trend:
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi
Eyal Zamir təhlükəsizlik vəziyyətinin qeyri-sabit olması səbəbindən
oktyabr ayında ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Zamirin ABŞ Mərkəzi
Komandanlığının (CENTCOM) rəhbəri və ABŞ Silahlı Qüvvələri Baş
Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşməsi planlaşdırılırdı.
Tərəflər İran ətrafında yaranmış münaqişə və digər təhdidlərlə
əlaqədar əməkdaşlığı müzakirə etməli idilər. Ynet-in iddiasına
görə, İsrail Baş Qərargahının rəisi ABŞ tərəfinə bildirib ki,
İsrail ordusunun yüksək hazırlıq vəziyyətində olduğunu nəzərə
alaraq ölkədən getməyi və hadisələri xaricdən izləməyi düzgün hesab
etmir.
Portal qeyd edir ki, Zamir daha əvvəl təhlükəsizlik
təhdidləri baxımından xüsusilə riskli dövr hesab olunan yəhudi
bayramları ərəfəsində İsrail ordusunun döyüş hazırlığı səviyyəsinin
artırılması barədə qərar qəbul edib.

