Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb

Baş səhifə

Bakı. Trend:

Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç
karvanları yola salınıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə – 60 nəfər, Xocalı
şəhərinə 17 ailə – 78 nəfər, Xocavənd şəhərinə 16 ailə – 55 nəfər
köçürülüb.




Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.