Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri
çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix
çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, baxış zamanı məhsulların qanunvericiliyin
tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib:

“Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının
ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb.
Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə
olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə
sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.




Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızı
izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək
təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində
qablaşdırıb hər hansı icazə sənədi olmadan “Instagram” hesabları
(“tea_by_gunay”, “healthby_mehtizadeh”) vasitəsilə onlayn
satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial
media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri
də müəyyən edilib.

Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan
nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin
müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.
Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə
bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər
göndərilib”.

“AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn
platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə
istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir.
Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına,
istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna,
eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata
keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir”, – deyə agentliyin
məlumatınd