Bu gün Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndəriləcək

Baş səhifə

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti
tədarük həyata keçiriləcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.

15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan
ibarət 700 ton daş kömür Biləcəri stansiyasından Böyük Kəsik
istiqamətinə göndəriləcək.




Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə,
1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton
taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona
yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac
olunub.

Xəbər yenilənəcək