İrana yeni hücumlar olarsa, cavab verməyə hazırıq – SEPAH

Baş səhifə

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığı İrana
qarşı növbəti hücumlar halında cavab verməyə hazırdır.

Bu barədə SEPAH-ın açıqlamasında bildirilib.




SEPAH İran ordusunun Yaxın Şərq regionunda “yeni düşmən
bazalarını” vurmağa hazır olacağını vurğulayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.