İsrail ordusu xristian kəndlərinə gedən yardım karvanının qarşısını alıb

Baş səhifə

Bakı. Trend:

Vatikanın Livandakı səfiri tərəfindən təşkil edilən və Livanın
cənubundakı xristian kəndlərinə gedən yardım karvanı İsrail
hərbçiləri tərəfindən dayandırılıb və istiqamətini dəyişməyə məcbur
edilib.

Xarici media yazır ki, sərhəd yaxınlığındakı xristianların
yaşadığı bir sıra kəndlər İsrail və Hizbullah arasında döyüşlərin
əhatəsində qalsa da, bir çox sakin oranı tərk etməkdən imtina
edib.

Karvanın bir üzvü bildirib ki, Debl kəndinə yaxınlaşarkən
karvanı saxlayan bir neçə İsrail tankı ilə üz-üzə gəldik.

“Arxa mövqelərə doğru müəyyən edə bilmədiyimiz bir neçə tank və
pulemyot atəşi oldu, bu da panikaya səbəb oldu”, – deyə o əlavə
edib.

İsrail ordusu və Vatikan hadisə ilə bağlı şrəh verməyib.




Qeyd edək ki, sözügedən marşrut 2024-cü ildə İsrail-Hizbullah
münaqişəsinə son qoymağa çalışan atəşkəsi izləmək üçün yaradılan
beynəlxalq komitə vasitəsilə BMT sülhməramlıları ilə
əlaqələndirilib.

Karvan bir saatdan çox dayandıqdan sonra 12 saatdan sonra
təyinat yerinə çatmaq üçün daha uzun bir yol qət etməli olub.

Kəndlərində qalmağı seçən insanlar ölkənin qalan hissəsindən
tamamilə təcrid olunublar. Onların əksəriyyəti fermer olduğu üçün
resurslardan məhrumdurlar. Onların tarlalarına çıxışı yoxdur.
İsrail ordusu onlara əraziləri boşalmaq barədə xəbərdarlıq
edib.

Livanın cənubundakı xristian sərhəd kəndləri assosiasiyası
hakimiyyət orqanlarını dərhal təhlükəsiz humanitar və tibbi
dəhlizlər açmağa çağırıb.