
Ağdam rayonunda iki nəfərin ölümü 4 nəfərin xəsarət almasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” – un Qarabağ Bürosunun xəbərinə görə, hadisə işğaldan azad edilmiş ərazidə Xankəndi – Ağdam yolunun Xıdırlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ”2107 markalı avtomobil qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


