İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdar edib

Baş səhifə

Bakı. Trend:

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan
Mərkəzi Qərargahı (“Xatəm əl-Ənbiya” – hava hücumundan müdafiə
qüvvələrinin qərargahı) ABŞ-yə Hörmüz boğazındakı dəniz blokadası
ilə bağlı sərt xəbərdarlıqlar edib.

Trend-in
məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat
yayıb.




Mərkəzi Qərargahın məlumatında deyilir: “Əgər təcavüzkar Amerika
ordusu bölgədə mühasirəni və piratçılığı davam etdirərsə, onlar
güclü İran Silahlı Qüvvələrinin cavab zərbələri ilə
qarşılaşacaqlarına əmin olmalıdırlar. İran Silahlı Qüvvələri
ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əvvəlki
dövrlərə nisbətən daha güclü və daha hazırlıqlıdır”.