
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan
etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin də
buna uyğun addımlar atmağa hazır olduğunu bildirib.
Trend-in
məlumatına görə, bu barədə Zelenski özünün teleqram kanalında
məlumat verib.
“Qarşılıqlı addımlar atmağa hazırıq. Bu il Pasxa bayramı zamanı
atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. İnsanların
təhlükəsiz şəraitdə Pasxa bayramını qeyd etməyə ehtiyacı var”, –
deyə Zelenski vurğulayıb.

