“Zirə” minifutbol üzrə Azərbaycan çempionatının qalibi olub

Baş səhifə
Zirə minifutbol üzrə Azərbaycan çempionatının qalibi olub

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

“Report”un məlumatına görə, final oyununda “Zirə” “Birbaşa Bakı” ilə üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada “Zirə” 4:1 hesablı qələbəyə sevinib.

Daha əvvəl “Aznur” üçüncü yer uğrunda görüşdə “Sumqayıt”ı üstələyib – 6:4.

Beləliklə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” bürünc mükafata sahib çıxıb.