İran dost ölkələrdən gələn gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib

Baş səhifə

Bakı. Trend:

İran dost hesab etdiyi ölkələrə məxsus gəmilərin Hörmüz
boğazından keçməsinə icazə verib.

Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri
Abbas Əraqçi deyib.




Onun sözlərinə görə, o cümlədən, Rusiya, Hindistan və Çin
boğazdan istifadə edə biləcəklər.

“Biz Hörmüz boğazından dost hesab etdiyimiz bir neçə ölkəyə –
məsələn, Rusiya, Hindistan, İraq, Çin və Pakistana keçidə icazə
vermişik. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə verməyin
mənasını görmürük”, – deyə nazir vurğulayıb.