Britaniyanın nüvə sualtı qayığı Ərəbistan dənizinin şimalına yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

Kral Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığı HMS Anson
Ərəbistan dənizinin şimal hissəsində yerləşir.

Trend xəbər verir
ki, bu barədə “Mail on Sunday” qəzeti məlumat yayıb.

Məlumata görə, sualtı qayıq Avstraliya, ABŞ və Böyük Britaniya
arasında AUKUS üçtərəfli müdafiə tərəfdaşlığı çərçivəsində fevral
ayında Avstraliyanın Pert şəhərinə çatdıqdan sonra martın 6-da
oradan yola düşüb.




Qeyd olunur ki, zərurət yaranarsa, sualtı qayıq ABŞ-ın İrana
qarşı mümkün hərbi əməliyyatlarında istifadə oluna bilər.

Martın 21-də Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper
Londonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyi
planlaşdırmadığını bildirib. O vurğulayıb ki, Birləşmiş Krallıq
regiondakı müttəfiqlərinə yalnız müdafiə xarakterli dəstək verir, o
cümlədən onlara qarşı atılan raket və pilotsuz uçuş aparatlarının
zərərsizləşdirilməsinə kömək edir.