
Bakı. Trend:
İtaliyanın Siciliya adası sahillərində 5,2 bal gücündə zəlzələ
qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Leni kommunasından 46 km
qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.


