
ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur, enerji təchizatından asılı olan ölkələr onun təhlükəsizliyini təmin etməkdən məsul olmalıdırlar.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib.
“Biz boğazdan istifadə etmirik, bizə lazım deyil. Avropa, (Cənubi) Koreya, Yaponiya, Çin və bir çox başqa ölkələr buna ehtiyac duyur. Ona görə də onlar bu işdə (naviqasiya təhlükəsizliyinin təmin edilməsi – Qeyd) kiçik bir rol oynamalı olacaqlar”, – deyə Prezident jurnalistlərə bildirib.
O əlavə edib ki, ABŞ məqsədlərinə çatdıqca Yaxın Şərqdəki hərbi səylərini məhdudlaşdırmaq imkanını nəzərdən keçirəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


