Qubada həyat yoldaşını qətlə yetirən kişi daha sonra özünü öldürüb

Baş səhifə
Qubada həyat yoldaşını qətlə yetirən kişi daha sonra özünü öldürüb

Qubada qətl hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Zizik kəndində 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızı qətlə yetirilib.

İlkin məlumata görə, onu həyat yoldaşı – 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu öldürüb. C. Ağasiyev daha sonra özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.