
Bakı.Trend:
Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən ETX-nin
adından istifadə olunaraq kursların keçirilməsi barədə
vətəndaşlardan məlumatlar daxil olmaqdadır.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat
verilib.
Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri
özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun
statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara
müxtəlif ödənişli xidmətlər təklif edirlər.
Elektron Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, ETX hər
hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik
təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd
olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi
əlaqəsi mövcud deyil.
ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi
internet səhifəsi və sosial media hesabları vasitəsilə
paylaşılır.
Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı
məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla
qarşılaşdıqda 1654 qaynar xəttinə və ya [email protected] elektron poçt
ünvanına məlumat versinlər.


