Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə sammit keçirilib – FOTO

Baş səhifə

XIII Qlobal Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti keçirilib.

APA xəbər verir ki, sammitdə Yaxın Şərqdə davam edən müharibə və onun beynəlxalq ictimaiyyətə geosiyasi-iqtisadi təsirləri, eləcə də böhran dövründə effektiv investisiyalar vasitəsilə strateji tərəfdarlıqları gücləndirmək, Avropa İttifaqına yeni üzvlərin daxil edilməsi kimi mövzular müzakirə edilib.

İştirakçılar Orta Dəhliz və onun fonunda Mərkəzi Asiya, regional tranzit layihələrinin təhlükəsizliyi, potensial risklər, təhdidlərin aradan qaldırılması üçün görülə biləcək tədbirlər və Azərbaycanın bu məsələlərə verə biləcəyi töhfələr barəsində öz fikir və təkliflərini irəli sürüb.

Yaxın Şərqdə davam edən müharibənin yaratdığı qeyri-müəyyənlik, onun taleyi, post-müharibə dövründə regional və beynəlxalq enerji bazarı, müharibənin davam edəcəyi təqdirdə regiona yatırılan investisiyaların təhdidə məruz qalması və digər məsələlər ətrafında çıxışlar olub.