Səudiyyə Ərəbistanı neft yatağını hədəf alan doqquz PUA-nı məhv edib

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İranın
dünyanın ən böyük neft yataqlarından biri olan “Şeyba” yatağına
doğru atdığı doqquz dronu məhv edib.

Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi
bildirib.




“Gün başlayandan bəri ölkənin hava hücumundan müdafiə qüvvələri
Rub əl-Xali səhrasında yerləşən “Şeyba” neft yatağında buraxılan
doqquz İran PUA-sını ələ keçirərək məhv edib”, – deyə nazirlik
bildirib.