Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Azərbaycan ərazisindən keçməklə İrana göndərdiyi
humanitar yardımı daşıyan yük avtomobilləri “Astara” dövlət
sərhədindən buraxılış məntəqəsindən qonşu ölkəyə yola salınıb.

Trend xəbər
verir ki, yük maşınları artıq sərhəddən keçiblər.

xxx
15:23

Rusiya İrana humanitar yardım göndərib.

Trend xəbər
verir ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar
Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında
yerə enib.

On üç tondan çox olan humanitar yük dərman və tibbi
ləvazimatlardan ibarətdir.

Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam
Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin
ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan
ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin
başçısına minnətdarlığını bildirib.