
Bakı. Trend:
Kanadanın Baş naziri Mark Karni Böyük Britaniya kral ailəsinin
üzvü Endryu Mountbatten Vindzorun taxt-tac varisliyi siyahısından
çıxarılması ilə bağlı çağırış edib.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, hazırda keçmiş York hersoqu
titulundan məhrum edilən Endryu hələ də Böyük Britaniya taxtına
varislik siyahısında səkkizinci yerdə qalır.
Endryu ötən ilin oktyabrında amerikalı maliyyəçi və pedofiliya
qalmaqalında adı hallanan Ceffri Epşteyn ilə əlaqələrinə görə
ictimai təzyiqlərdən sonra rəsmi titullarından məhrum edilib. Keçən
ay isə o, Epşteynə məxfi məlumatlar ötürməkdə ittiham olunaraq
dövlət vəzifəsində qeyri-qanuni davranış şübhəsi ilə
saxlanılıb.
Mark Karni bildirib ki, şahzadə Endryunun qəbuledilməz
hərəkətləri onun taxt-tac varisliyi siyahısından çıxarılmasını
zəruri edir.

