- 05 mart, 2026
- 12:05

Azərbaycanda “Sənaye 4.0” tətbiq etmək üçün beynəlxalq texnoloji şirkətləri ölkəmizə gətirmək lazımdır.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda bildirib.
Onun sözlərinə görə, “Sənaye 4.0” yalnız texnologiyanı tətbiq etməklə yekunlaşmır: “Bu, böyük bir ekosistemdir. Həm beynəlxalq texnoloji şirkətləri ölkəmizə gətirmək, həm də universitetlərlə sənaye arasında iş birliyini təmin etmək, eyni zamanda xüsusi təlim proqramları hazırlamaq lazımdır”.
“4SİM olaraq bizim işimiz sadəcə koordinasiyanı təmin etmək və bütün maraqlı tərəfləri bir araya gətirməkdir. Beləliklə, “Sənaye 4.0” mərkəzi yaxın vaxtlarda vahid “Center of Excellence” dediyimiz innovasiya mərkəzi olaraq, yeni nəsil texnologiya mərkəzi olaraq bütün şirkətlərimiz üçün bir nöqtədən əlçatanlığı təmin edəcək. Həm onlar üçün startap həlləri təqdim olunacaq, həm də dünyanın ən qabaqcıl texnologiya şirkətlərinin həlləri onlar üçün təqdim olunacaq və birgə əməkdaşlıq çərçivəsində eyni zamanda təcrübə mübadiləsi proqramları həyata keçiriləcək”, – deyə F.Cəfərov əlavə edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


