Qrenlandiya danışıqları “yaxşı nəticə” verəcək – Pentaqon

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası əmindir ki, Qrenlandiya ilə bağlı
danışıqlar nəticədə Vaşinqtonun istədiyi nəticəni verəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-in Siyasi İşlər üzrə müdafiə
nazirinin müavini Elbric Kolbi təsdiqləyib.




“Əminəm ki, istifadə olunan proses yaxşı nəticə verəcək.
Qrenlandiya ilə bağlı əsas maraqlarımızın əks olunması vacibdir”, –
deyə o bildirib.

O, ABŞ-ın Qrenlandiya ilə bağlı Avropaya qarşı təhdidlərinin
əslində Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) sarsıtdığı
qənaətini rədd etdi.