Bakı.Trend:
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial
şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad
edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində
dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə
çaşqınlıq yaratmağa yönəlib.
Trend xəbər
verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilir ki, media subyektləri sosial şəbəkələrdəki
informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli,
mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu
tirajlamamalıdır.
Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları
fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə
təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya
manipulyasiyası hallarına yol verməməyə çağırırıq.

