
Bakı. Trend:
ABŞ Dövlət Departamenti regionda gərginliyin artması səbəbindən
amerikalıları Yaxın Şərqin 10-dan çox ölkəsini dərhal tərk etməyə
çağırıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ Dövlət katibinin konsulluq məsələləri üzrə
köməkçisi Mora Namdar “X” sosial şəbəkəsində məlumat yayıb.
O bildirib: “Marko Rubio və Dövlət Departamenti amerikalıları
təhlükəsizliklə bağlı ciddi risklər səbəbindən mövcud olan
istənilən kommersiya nəqliyyat vasitələrindən istifadə edərək
aşağıda sadalanan ölkələri dərhal tərk etməyə çağırır.”
Siyahıda Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı,
İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya,
BƏƏ və Yəmən yer alıb.


