İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub

Baş səhifə
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub

ABŞ və İsrailə aid daha yeddi pilotsuz uçuş aparatı (PUA) İran səmasında məhv edilib.

“Report” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd olunub.

Bildirilib ki, son saatlarda vurulan dronlar “MQ-9”, “Heron”, “Hermes” və “Orbiter” növlərindən olub.

“Bu PUA-lar Təbriz, Tehran, İsfahan, Xürrəmabad və Buşehr bölgələrində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib” , – bəyanatda bildirilib.

İran ordusunun məlumatına görə, bununla da vurulan PUA-ların ümumi sayı 29-a çatıb.