Dünya Bankı Xəzər dənizində biomüxtəlifliyin qorunması təşəbbüsünün təsdiqlənəcəyi yeni tarixi açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Dünya Bankı “Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin
idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində
potensialın yaradılması” adlı genişmiqyaslı ekoloji təşəbbüsün
maliyyələşdirilməsinin təsdiqi üçün yeni tarix açıqlayıb.

Trend bu barədə
banka istinadən xəbər verir.

Azərbaycan və Mərkəzi Asiyadan iki ölkənin iştirak etdiyi layihə
çirklənməyə qarşı mübarizə və Xəzər dənizində biomüxtəlifliyin
mühafizəsində regional əməkdaşlığın möhkəmləndirilməsinə
hədəflənib. Dünya Bankının 1 aprel 2026-cı ildə maliyyələşmə
paketini təsdiqləyəcəyi gözlənilir, hərçənd müvafiq qərarın martın
25-də qəbul olunacağı nəzərdə tutulurdu.

Qeyd edək ki, Qlobal Ekoloji Fond (GEF) Dünya Bankına və BMT-nin
Ətraf Mühit Proqramına (UNEP) GEF-in icraedici agentlikləri
qismində 11,743 120 ABŞ dolları məbləğində qrant maliyyələşməsi
ayırır. Bu vəsait layihənin Azərbaycan, Qazaxıstan və
Türkmənistanda həyata keçirilməsinə yönəldilib. Dünya Bankı İdarə
Heyətinin təsdiqinə 8,243.120 ABŞ dolları məbləğində layihə təqdim
edəcək. Layihənin icraedici agentliyi qismində BMT-nin Layihələrə
Xidmət Ofisi (UNOPS) çıxış edəcək. Bundan əlavə, UNOPS müvafiq
ekoloji və sosial standartlar (ESF) alətlərinin hazırlanması və üç
iştirakçı ölkə ilə qarşılıqlı fəaliyyətin qurulması məqsədilə 183
489 ABŞ dolları məbləğində GEF-in hazırlıq qrantı (PPG)
alacaq.Layihənin məqsədi ölkələrə çirklənmənin idarə olunmasında və
bioloji müxtəlifliyin qorunması üzrə tədbirlərin gücləndirilməsində
dəstək göstərməkdir. Bu, Azərbaycan, Qazaxıstan və Türkmənistanın
institusional potensialının artırılması hesabına təmin ediləcək.
Təşəbbüs dövlətlərin Tehran Konvensiyası və müvafiq protokollar
üzrə öhdəliklərinin icrasına dair mövcud səylərini
tamamlayır.Layihə üç komponentdən ibarətdir:




-Çirklənmənin idarə olunmasının gücləndirilməsi – 3,900,000 ABŞ
dolları

– Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının
gücləndirilməsi – 3,900,000 ABŞ dolları

-Layihənin idarə edilməsi – 443,120 ABŞ dolları