İrana kim rəhbərlik edəcək? 

Baş səhifə

Ali rəhbərin vəfatından sonra ölkəyə müvəqqəti olaraq prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanı Mühafizə Şurasının üzvlərindən biri rəhbərlik edəcək.

Modern.az xəbər verir ki, İranın ali rəhbərinin vəfatından sonra ölkə rəhbərliyi müvəqqəti olaraq üç nəfərlik mexanizm tərəfindən icra olunacaq. Konstitusiyaya uyğun olaraq, prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanı Mühafizə Şurasının üzvlərindən biri ölkənin idarəçiliyini üzərinə götürəcək.

Rəsmi prosedurların yaxın günlərdə başlanacağı gözlənilir.